Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO

Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO
  • Cəmiyyət

  • Azərbaycanın sabiq naziri Namiq Nəsrullayev vəfat edib.

    Asiya.az
    -ın məlumata görə, o, 78 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, N. Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmiş və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışmışdır.

    2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilib.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər