Anar İsgəndərov Masallıda seçicilərilə görüşdü - FOTOLAR

Anar İsgəndərov Masallıda seçicilərilə görüşdü - FOTOLAR
  • Masallı / Cəmiyyət / Manşet

  • Millət vəkili Anar İsgəndərov Masallı rayon Babaser kəndində seçicilərilə görüş keçirdi.
     
    Asiya.az
    xəbər verir ki, Babaser kənd ümumi orta məktəbində baş tutan görüşdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    Milli Məclisin deputatı Anar İsgəndərov seçiciləri qarşısında hesabat xarakterli məlumat verdi.

    Sonra kənd sakinləri onları narahat edən məsələlər barəsində millət vəkilinə danışıb, həlli yollarında köməklik istədilər.

    Nazxanım Əhmədova bir çox qurumlara dəfələrlə müraciət etməklərinə baxmayaraq 2003-cü ildə hərbi xidmətdə olarkən həlak olan övladı Araz Əhmədova şəhidlik statusu verilməməsindən şikayətləndi. O həm də yaşadıqları evdə təmir tikinti işlərinə ehtiyac olduğunu bildirdi. 

    Babaser kənd ümumi orta məktəbin direktor müavini Rasim Nəsirov məktəbə istilik sisteminin iflic olduğunu, səbəb kimi isə təbii qazın verilmədiyini bildirdi. 

    Təbii qazla bağlı digər şikayətçi isə Fərhad Abbasov oldu. O da müraciətlərinə baxmayaraq evinə qaz xətti çəkilmədiyini bildirdi

    Bəylər Zalıyev serebral iflic olan övladı, Samirə İmamverdiyeva isə özü üçün əlillik dərəcəsi almaqda, pensiya düzəltməkdə çətinlik çəkdiklərini bildirdi. 

    Vətən müharibəsi iştirakçısı Zamin Ağayev və kənd sakini Bahar Nəsirova işsizliklə bağlı millət vəkilinə müraciət etdilər.

    Millət vəkili Anar İsgəndərov adiyatı qurumlarla telefon əlaqəsi saxlayaraq səsləndirilən problemlərin bəzilərini yerindəcə həll etdi.

    Anar İsgəndərov digər şikayətləri müvafiq qurumlar qarşısında qardıracağını və müsbət həll olunmağı üçün əlindən gələni edəcəyini bildirdi.
     
    Seçicilər yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və millət vəkilinə öz təşəkkürlərini bildirdilər.










    PAYLAŞ:

    Oxşar xəbərlər