Cəlilabad Müalicə-Diaqnostika Mərkəzində istilik problemi

Cəlilabad Müalicə-Diaqnostika Mərkəzində istilik problemi
  • Cəlilabad / Manşet / Sosial

  • Cəlilabad Müalicə-Diaqnostika Mərkəzinin istilik sistemində problem yaranıb.

    Asiya.az
    xəbər verir ki, bu haqda Xəzər TV məlumat yayıb.

    Mərkəzdə 3 həftədir ki, otaqların qızdırılması müşkül məsələyə çevrilib. Müalicə alan pasiyentlər deyirlər ki, otaqlarında və dəhlizlərdə temperatur çox aşağıdır. İstiliyin olmaması həm müalicəsini davam edənlərdə, həm də müayinəyə gələnlərdə narahatlıq yaradır.
    Ən çox əziyyəti dializ şöbəsində müalicə alanlar çəkirlər. Onların sözlərinə görə, 4 saat soyuq otaqda uzanmaq çox çətindir.
    Cəlilabad rayon mərkəzi xəstəxanasının şöbə müdiri Fərid Səmədov bildirdi ki, adıçəkilən mərkəz 2011-ci ildə istifadəyə verilib. Bina mərkəzləşdirilmiş kondisioner sistemi ilə qızdırılıb. Yanvar ayının əvvəllərində ölkə ərazisində, o cümlədən Cəlilabadda yağan qar, bir neçə gün davam edən şaxtalı hava sistemin sıradan çıxmasına səbəb olub:

    “Kondisioner sistemində çöküş olub. Son zamanlar havaların şaxtalı keçməsi buna əsas təsir edən amillərdəndir. Rəhbərliyimiz tərəfindən yüksək rəhbərlik qarşısında məsələ qaldırılmışdır. Yaxın zamanlarda sistem işə düşüləcək”.
    Çatışmazlıq aradan qaldırılana qədər otaqlar qızdırıcı cihazlarla isidiləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər