Masallıda sürüşmə aktivləşib: bir kənd təhlükədədir

Masallıda sürüşmə aktivləşib: bir kənd təhlükədədir
  • Masallı / Hadisə / Manşet

  • Masallı rayonunun Rüdəkənar kəndində torpaq sürüşməsi aktivləşib.

    Asiya.az Apa.az-a istinadən xəbər verir ki, Sürüşmə sakinlərin torpaq sahələrinin, meyvə ağaclarının məhv olmasına səbəb olur. Hazırda 15-ə yaxın ev təhlükə altında qalıb.

    Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl əraziyə baxış keçirilib, çay axarının istiqamətinin dəyişdirilməsi və sürüşən torpaq qatının qarşısının alınması üçün panellərin qoyulması ilə bağlı qərar verilib. Amma bu günə kimi çay ətrafında heç bir iş görülməyib.
    Viləşçay su anbarı istismar idarəsinin rəisi Rusif Kərimov bildirib ki, artıq layihə hazırlanıb, aidiyyəti üzrə təhvil verilib.
    İdarə rəisi qeyd etdi ki, sənədlər təsdiq olunduqdan sonra ərazidə beton istinad divarı çəkiləcək. Bu da torpaq qatının sürüşməsinin qarşısını alacaq.

    Qeyd edək ki, ərazidə aktiv sürüşmə 2012-ci ildən başlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər