Masallıda su quyularının qazılmasına başlanıldı - FOTO

Masallıda su quyularının qazılmasına başlanıldı - FOTO
  • Sosial / Manşet

  • Masallı rayonu Xırmandalı kəndində su quyularının qazılmasına başlanılmışdır.

    Asiya.az
    xəbər verir ki, yay aylarında mal-qaranın içməli su ilə bağlı yaranan problemləri ərazi nümayəndəliyi və sakinlər tərəfindən ciddi narahatçılıq yaratmışdır.

    03 Mart 2022-ci il tarixdə ərazidə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Viləşçay su anbarı istismar idarəsinin rəhbərliyi tərəfindən keçirilən səyyar qəbulda kənd sakinləri Viləşçay su anbarı istismar idarəsinin müdiri Rusif Kərimova su quyusunun qazılması ilə bağlı müraciətlər ünvanlanmışdır. Bununla bağlı Viləşçay su anbarı istismar idarəsi tərəfindən Xırmandalı kəndində 2 ədəd 60 metrlik su quyusu qazılması barədə işlərin həyata keçiriləcəyi bildirilmişdir. Hazırda quyuların qazılması işlərinə başlanılmışdır.

    Su quyusunun qazılmasında, Milli Məclisin deputatı Məşhur Məmmədov, Viləşçay su anbarı istismar idarəsi, Xırmandalı ərazi nümayəndəliyi və kənd sakinlərinin birbaşa dəstəyi olmuşdur.


    PAYLAŞ:

    Oxşar xəbərlər