Həbsdə olan jurnalistin cəzası azaldıldı

Həbsdə olan jurnalistin cəzası azaldıldı
  • Cəmiyyət

  • "Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərovun (Mahir Xəttab) kassasiya şikayətinə baxılıb.

    Asiya.az
    APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda qüvvədə olan qərar dəyişdirilib.
    Qərara əsasən, Mahir Ələkbərovun cəzası 6 ay azaldılıb.
    Məhkumun vəkili Araz Nurməmmədov məlumatı təsdiq edib. Vəkil bildirib ki, Mahir Ələkbərovun çəkilməmiş 1 il 6 ay həbs müddəti qalıb.
     
    Xatırladaq ki, Mahir Ələkbərov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
    Sayt rəhbəri Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az” xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə ittiham olunub.
    Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
    Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər