Asiya.az xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib.
"Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - o qeyd edib.
Xatırladaq ki, bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin edilib və R.Ələkbərov azadlığa buraxılıb.