MƏŞHUR MƏMMƏDOV: ”AZƏRBAYCANLA TÜRKİYƏ BİR ANANIN ÖVLADLARI KİMİDİR,”

MƏŞHUR MƏMMƏDOV: ”AZƏRBAYCANLA TÜRKİYƏ BİR ANANIN ÖVLADLARI KİMİDİR,”
  • Cəmiyyət / Manşet

  • "Bu gün Azərbaycan dövləti başda cənab Prezident və Mehriban xanım olmaqla Türkiyə xalqının yanındadır. Dövlətimizə yanaşı xalqımız, özəl sektorda fəaliyyət göstərənlər də qardaş ölkə üçün səfərbər olub. Bu bir daha təsdiq edir ki, Azərbaycan və Türkiyə bir ananın övladları kimidirlər. Onların dərdi bizim, bizim dərdimiz onlarındır. O mənada təbii fəlakətin minlərlə insanın canını alması bizi nə qədər sarsıtsa da, dövlətimizin və xalqımızın Türkiyəyə dəstəyi bir o qədər də qürurvericidir. Mən həqiqətən dövlətimizə və xalqımızla fəxr elədim. Çünki bir çox ölkələrdən yardım getməsinə baxmayaraq, ilk yardım edən Azərbaycan oldu”.

    Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov bildirib. Deputatın sözlərinə görə, Milli Məclisin üzvləri də qardaş ölkəyə yardım etməlidirlər: “Türkiyədəki zəlzələ 100 ilin ən dəhşətli fəlakətlərindən biri kimi dəyərləndirilir. Zəlzələnin fəsadları çox ağırdır, ərazisi genişdir, 6 mindən çox bina dağılıb, ölənlərin və yaralıların sayı artır, ona görə hər birimiz gücümüz çatan qədər qardaş ölkənin zəlzələ bölgəsinə kömək etməliyik. Türkiyə dövləti bu ağır sınaqdan da çıxacaq, həmişə çətin günlərdə başıuca qalxmağı bacarıb, bu faciələrdən də ləyaqətlə çıxacaq”.
    M.Məmmədov hazırda Azərbaycanın xilasedicilərinin də bölgədə axtarışlar apardığını, dağıntılar altından insanları çıxardığını qeyd etdi: “Biz maddi-mənəvi, bütün resurslarımızla Türkiyəyə yardım edirik. Cənab prezident də açıqladı ki, artıq Bakıda, Naxçıvanda və bölgələrdə çarpayılar ayrılıb, Türkiyədən yaralıların gətirilib burada müalicəsini təşkil etməyə hazırıq. Bir sözlə, Türkiyənin dərdi bizim dərdimizdir, Allah onlara kömək olsun! ”
    PAYLAŞ:

    Oxşar xəbərlər