Masallıdan olan hakim "Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Masallıdan olan hakim "Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
  • Masallı / Cəmiyyət / Manşet

  • Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxsi təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

    Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilənlər arasında Masallı rayonu Sığıncaq kənd sakini, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Kazımov Tahir Lələkişi oğlu da var.

    Tahir Kazımov 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976-1981-ci illərdə ADU-nin Hüquq fakultəsində təhsil alıb. 1981-1993-cü illərdə Gəncə şəhər prokurorluğunda müstəntiq, baş müstəntiq, prokuror köməkçisi işləyib. 

     

    1993-1994-cü illərdə Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, 1994-1998-ci illərdə Respublika prokurorluğunda aparıcı prokuror, idarə rəsinin müavini işləyib.

    1998-2000-ci illərdə Bakı şəhəri, Səbail rayon prokuroru, 2000-2005-ci illrədə Respublika Prokurorluğunda Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb.

    O, 2005-ci ildə Azərbaycan Respublikası Prokurorluğundakı vəzifəsindən azad edilərək, 10 il müddətində sərəncamda qalıb.

     

    Düz 10 ildən sonra, 2015-ci ildə Ali Məhkəmə Aparatının “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsi”nin müdiri vəzifəsinə təyinat ala bilib. İki il bu vəzifədə işlədikdən sonra, 2017-ci il 30 iyun tarixindən Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Ədliyyə general-mayoru T.Kazımov hazırda da Ali Məhkəmədə hakim kimi çalışır.

     

    Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1995-ci il tarixli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

    Azərbaycan Respublikası Baş Prokurorunun 30 sentyabr 2000-ci il tarixli əmri ilə “Prokurorluğun Fəxri işçisi” döş nişanı ilə təltif edilib.

    Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə “III dərəcəli dövlət ədliyyə müşaviri” ali xüsusi rütbəsi verilib.

    Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni ilə təltif edilib.

    Asiya.az xəbər portalı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Tahir Kazımovu 3-cü dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.

    PAYLAŞ:

    Oxşar xəbərlər