Masallının “Tərəqqi” medallı məhkəmə hakimi

Masallının “Tərəqqi” medallı məhkəmə hakimi
  • Masallı / Cəmiyyət / Manşet

  • Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

    Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Masallı rayonu Təzəkənd kənd sakini, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nəbizadə Rahib Sahib oğlu da var.

    Rahib Nəbizadə 1963-cü ildə Masallı rayonu Təzəkənd kəndində anadan olub. Təzəkənd kənd orta məktəbinin məzunu olub.

    1980-1983-cü illərdə Masallı rayonunun Qasımlı tərəvəz bazasında, Təzəkənd savxozunda fəhlə işləyib.

    1983-1985-ci illərdə hərbi xidmətdə olub.

    1985-1986-cı illərdə yenidən Təzəkənd savxozunda fəhlə, sonradan arxiv müdiri işləyib.

    1987-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq hakültəsinə daxil olub, 1993-cü ildə həmin təhsil müəssisəsini bitirib.

    1986-2000-ci illərdə Astara rayon xalq məhkəməsində iclas katibi, məhkəmə icraçısı, dəftərxana katibi vəzifələrində çalışıb.

    2000-2007-ci illərdə Bərdə rayon məhkəməsində, 2007-2008-ci illərdə Gəncə şəhəri Kəpəz rayon məhkəməsində, 2008-2013-cü illərdə Gəncə Apellyasiya Məhkəməsində hakim olaraq fəaliyyət göstərib.

    2013-cü ildən hazırkı vaxtadək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində çalışır.

    Asiya.az xəbər portalı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Rahib Nəbizadəni “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.

    PAYLAŞ:

    Oxşar xəbərlər