Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanıldı

Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanıldı
  • Masallı / Hadisə

  • Masallı rayonunda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərtəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə oğurluq hadisələrinin üstü isti izlərlə açılmışdır.
    Belə ki, Sabirabad rayon Həşimxanlı kəndində qeydiyyatda olmaqla Masallı şəhər H.Əliyev prospektində yaşayan Hüseynov Ülvi Paşa oğlu Masallı şəhəri ərazisində rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan küçə işıqlandırılması üçün çəkilən ümumi dəyəri 1000 manat təşkil edən 220 metr uzunluğunda min naqilini oğurlamışdır.

    Rayonun Banbaşı kənd sakini Əhmədov Qulu İsa oğlu rayonun Ağakişibəyli kəndində əvvəldən tanıdığı Əhədov Tural Ağamirzə oğluna məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən 1966 manat dəyərində müxtəlif məişət əşyaları və motosklet ehtiyyat hissələrini oğurlamışdır.

    Masallı rayon Şərəfə kənd sakini Əsgərov Məhəmməd Çərkəz oğlu məktəbli olan tanışı rayonun Ağakişibəyli kənd sakini Şahverdiyev Elnur İmran oğlu ilə əlbir olaraq Masallı şəhər Seybətin küçəsində Tərlan Dadaşova məxsus ticarət obyektinə qanunsuz olaraq daxil olmuş və oradan 590 manat nəğd pul, 613 manat dəyərində müxtəlif növ siqaret qutuları, 208 manat dəyərində telefon danışıq konturları oğurlamışlar.

    Baş vermiş oğurluq faktları ilə bağlı Masallı rayon Polsi şöbəsinin İstintaq bölməsində cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər