DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Masallı rayonunun Bədəlan kəndində yerləşən evlərdən birindən 18 min manat dəyərində qızıl zinət əşyalarının və 40 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qonşusu Murad Əzizov olduğu müəyyən edilib.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktlarla bağlı araşdırma aparılır.