Asiya.az xəbər verir ki, layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçı isə Aygün Əzizovanın olduğu sərgi YAP Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutub.
Sərgidə respublikamıın bütün bölgələrini təmsil edən, müxtəlif yaş qruplarından olan rəssamların 150 əsəri nümayiş etdirilib.
Tədbirdə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və müavini Elnarə Mustafayeva iştirak edərək sərgidə iştirak edən xanım rəssamları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb, cəmiyyətdə qadınların ugurlu fəaliyyətindən söz açıblar. İctimai sərgilərin - tədbirlərin yüksək səviyyədə təşkil olunmasında xidmətlərinə, həmçinin birgə əməkdaşlığa görə layihə rəhbəri və təşkilatçıya təşəkkürünü bildirib. Layihə rəhbəri Elnurə İsgəndərova çıxışında müxtəlif bölgələrindən gəlmiş rəssam kollektivini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək hər zaman birgə fəaliyyətdən məmnun olduğunuqeyd edib. Uzun müddətdir YAP Yasamal Rayon Təşkilatı ilə birgə keçirilən sərgi - tədbirlərin gənclərin asudə vaxtlarının səmərəli təşkilində, pis vərdişlərdən uzaq olmasında, cəmiyyətə sosiallaşmalarında mühüm rol oynadığını vurğulayıb. Xüsusilə 10 ildir ugurla davam edən, bu il isə 2023 - cü il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Vətənpərvərlik Etüdləri" layihəsinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində, azərbaycançılıq ideologiyasının təbliğində böyük əhəmiyyət daşıdığını və bu il də ölkəmizin müxtəlif bölgələrində təşkil olacağını bildirib. Sonda rəsm əsərlərinə baxış olub və iştirakçılar diplomla təltif olunub.
Müxbir : Aygün Oqtay