"Gələcək bizimlə gələcək" adlı sərgi keçirilib - FOTO

"Gələcək bizimlə gələcək" adlı sərgi keçirilib - FOTO
  • Mədəniyyət

  • Layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu YAP Yasamal rayon təşkilatı ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində 2 Fevral-Gənclər gününə həsr olunmuş "Gələcək bizimlə gələcək" adlı sərgi YAP Yasamal rayon təşkilatında təşkil olunub.

    Sərgidə respublikanın müxtəlif bölgələrindən   müxtəlif yaş qruplarında olan 125 rəssam, 125 müxtəlif texnikalarda işlənmiş rəsm əsərləri ilə iştirak edirdi. Sərgini giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir Azərbaycanın qurucusu, ümummilli lider, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunmasını bildirdi. Eyni zamanda Bəxtiyar müəllim qeyd etdi ki,  bildiyimiz kimi 29 sentyabr 2022-ci il tarixli qərara əsasən cənab prezident İlham Əliyev tərəfindən 2023-cü il  Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Bu qərara əsasən YAP Yasamal rayon təşkilatı olaraq biz də il boyu silsilə şəklində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş sərgilər, tədbirlər, etüdlər təşkil edəcəyik. Daha sonra sərgidə iştirak edən rəssamları 2 Fevral-Gənclər günü münasibətilə təbrik edib uğurlar arzuladı. Sözü layihə rəhbəri Elnurə İsgəndərovaya verdi. Elnurə xanım həmkarlarını salamlayıb sərgilərin respublikanın hər bölgəsindən olan rəssamların tələbələri yüksək ruhda yetişdirilməsinə, pis vərdişlərdən uzaq olmasında mühüm rol oynadığını bildirdi. Sonda rəssamlar 2 Fevral Gənclər gününə özəl  diplom və  medalyonlarla təltif olundular.
    Müxbir: Aygün Oqtay
    Fotoqraf: Mahir Əhmədov








    PAYLAŞ:

    Oxşar xəbərlər