"19 illik ömrün igidlik səlnaməsi" - Şəhid Musa Mustafayevin doğum günüdür

"19 illik ömrün igidlik səlnaməsi" - Şəhid Musa Mustafayevin doğum günüdür
  • Masallı / Cəmiyyət

  • 23 mart “Azərbaycan Bayrağı” ordenli, Masallı rayonu Xoşçobanlı kəndindən olan Vətən müharibəsi şəhidi Musa Mustafayevin doğum günüdür.
     
    Asiya.az
    yazıçı-publisist Nurəddin Ədiloğlunun müəllifi olduğu “ŞƏHİDLİK MANİFESTİ” kitabından şəhid əsgər haqqında yazısını təqdim edir.

                                             19 illik ömrün igidlik səlnaməsi


    Şanlı ordumuzun  Xüsusi Təyinatlı  Qüvvələrində  kəşfiyyatçı-istehkamçı vəzifəsinin öhtəsindən layiqincə gələn Musa Mustafayev ilk dəfə Tovuz döyüşlərində  xarüqələr yaratmışdı. Sonra  Vətən müharibəsindəmina sahələrinin aşkar olunması və keçidlərin açılmasında həmişə öndə gedən əsgərlərimizdən  biri kimi ad-san qazanıb. Şəhidlik zirvəsininin  əbədyyət  sakini olan  igid əsgərimizin 19  illik  ömrünün həyat cizgilərini qısaca qələmə almağı  özümüzə börc bildik.
    QISA TANITIM: Mustafayev Musa Əlövsət oğlu  23 mart 2001-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində dünyaya göz açıb. 2007 ci ildə M.Qarayev adına Sığıncaq kənd tam  orta məktəbinin birinci sinfinə daxil olub, 2016-cı ildə  həmin məktəbin doqquzucu sinifini bitirəndən sonra Cəlilabad rayonununun Göytəpə qəsəbəsində yerləşən texniki liseyinə qəbul olub. 2019-cu ildə  təhsilini  başa vurub geniş profilli traktorçu-maşinist, çilingər-sürücü ixrtisasına yiyələnib.
    2019 - cu ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb.
     
    Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sərhəd zastavasında müddətli həqiqi hərbi xidmətə başlayıb.
     
    2020-ci ilin iyulundaTovuz döyüşlərində  iştirak edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzulinin azadlığı uğrunda gedən əks-hucum əməliyyatında  böyük şücaət göstərib, düşmən mövqelərinə sarsıdıcı zərbələr endirib. Oktyabrın 6-da Füzuli döyüşləri zamanı snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.
    Oktyabr 7-də Xoşçobanlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına əsasən, Musa Mustafayev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

                                       Arzusu  hərbçi olmaq idi

    ...Musa beş bacının tək qardaşı idi. Atasından sonra evin ikinci kişisi kimi, ailənin  qayğı yükünü  öz çiyinlərində  daşıyan zəhmətkeş  övlad olub. Dayısı oğlu Elnur Əmənov  deyir ki,  Musanı hər hansı  bir iş üçün dəfələrlə göndərsəydin, heç vaxt yoruldum,  usandım deməzdi. Ailəsi və bütün  doğmaları onu həmişə tərbiyəli, gülərüz və mehriban gənc kimi xatırlayırlar.
     
    Musanın  uşaq yaşlarından ən  böyük arzularından  biri əsgər getmək  idi. Anası Gülarə xanım deyir ki,  biz onun ali təhsil almasını istəyirdik. “Amma  uşaq çağından idi.  Göytəpədə peşə məktəbini  bitirəndən sonra elə hey deyirdi ki, mən əsgər gedəcəyəm,  orada müddətən artıq hərbçi kimi  qalıb Vətənə xidmət edəcəyəmə”  Musabın texnikanı dərindən  öyrənməsinin bir səbəbi də hərbi xidmətdə tankçı  olmaq istəyindən irəli gəlirdi.
    Əmisi  Cəbrayıl  Ağayev  birinci Qarabağ  müharibəsində iştirak etmişdi. Deyir: “Musa həmişə məndın xahiş edərdi ki,  ona  həmin müharibədən,  döyüş  yoldaşlarım  barəsində danışım. Bir dəfə onun bu marağının səbəbini soruşanda cavab verdi ki: “Ola  bilsin ki, elə  mən də sənin yolunu getdim!..” 
    Hərbi xidmətə yollanan günü Musa əlində bayraqla rəqs edib. Sonra o,  həmin bayrağı ailə üzvlərinə  verib,  onu  göz bəbəyi kimi qorumağı tapşırmışdı. Kim bilərdi ki, bir ildən sonra onun  tabutu üçrəngli Azərbaycan  bayrağa bükülüb son mənzilə  yola salınacaq!.. 

                                  Muzeyi xatırladan xatirə guşəsi

    Xatirə guşəsində  diqqətimizi cəlb edən  Fəxri fərmanda  bu sözlər yazılıb:
    “Musa Mustafayev Cəlilabad peşə liseyinin ictimai -siyasi  həyatında və təhsildə fərləndiyinə  görə Azərbaycan Xalq Cumhuriyyətinin  yaranmasının 100  illik yubileyi münasibəyi ilə təltif  olunur. Direktor Etibar Sadıqov.”

    ...Zəhmətkeşliyi,  çətinliklərə sinə  gərməsi, nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri  Musanın  hərbi xidmətdə Xüsusi Təyinatlı Qoşunlarda xidmət etməsinə gətirib çıxartmışdı. Andiçmə mərasiminsdən sonra  Gəncədən Bərdəyə, sonra Göytəpəyə göndərilmişdi. XTQ-də kəşfiyyatçı-istehkamçı ixtisası üzrə xidmətini uğurla davam etdirib. Sorağı gah Murovdan, gah Tovuzdan  gəlirdi. Amma  Tovuz döyüşlərində iştirakını ailəsindən gizlətmişdi. Qazandığı döyüş  təcrübəsi ona və əsgər yoldaşlarına Vətən müharibəsində əks-hücum əməliyyatlarının gedişində kömək olur.  

    Xatirə guşəsində Musanın lənkaranlı Əli, şamaxılı İlkin adlı silah yoldaşları ilə çəkdirdiyi  bir şəkilin altında  belə  qeyd yazılıb:  “Canım qardaşım, biz zamanlar üçümüz də bir idik, indi isə mən tək qaldım. Söz verirəm  ki, sizi son nəfəsimə  kimi unutmayacağam. Bizim bir sozümüz vardı,  bu hərbi  formada kişi kimi  Vətənə xidmət edək... İndi siz yoxsunuz, amma sizin  bu arzunuzu  mən yerinə yetirəcəyimə söz verirəm...”  Bu fikirlər XTQ-nin əsgəri İlkin Ələkbərova aiddir.
     
    İlkinin  verdiyi  bu yazılı  vədə  əməl etməsi  başqa bir qeyddə (İlkinin anasının dilinindən yazılan qeyddə) öz  təsdiqini  belə tapıb: “Can, şirin balamız Musa, İlkinimin can dostu. Rahat uyu. Sənin qisasını almaq üçün İlkin qardaşın onlarla erməni öldürdü. Hər birini də öldürəndə Musa, qardaşım, intiqamını aldım dedi. Körpə bala, istehkamçı - kəşfiyyatçı Xüsusi Təyinatlı Musamız. Hər oğulun işi deyildi ki, sənin  kimi ən öndə kəşfiyyatçı kimi döyüşə... Musa, sən bizim ürəyimizdə əbədi  qalacaqsan!..”
    Xüsusi təyinatlı silahdaşları lənkəranlı Əli Mehdizadənin və Musa Mustafayevin qisasını Suqovuşanda  artıqlaması ilə aldılar. Onların qanları yerdə qalmadı. Nur içində yatan cənnətməkan  şəhidimizin qoynunda gəzdirdiyi  Azərbaycanın üçrəngli bayrağını cəsur silahdaşları Qələbə bayrağı  kimi dalğalandırdılar.

    Yazımıza ömrünün 19-cu baharında həyatını Vətən uğrunda qurban vermiş qəhrəman Musanın  xatirəsinə  onun Cəlilabad peşə liseyində birgə təhisil aldığı Qabil adlı əsgər yoldaşı yazdığı şeirlə  yekun  vururuq:

         Nurüzlü şəhid qardaşıma 

    Mərd doğulmusan sən bu cahana,
    Unutmaq olarmı səni, şəhidim.
    Sən tək igid oğlun gözləyər ana,
    Tapılmaz heç yerdə tayın şəhidim.

    Ağlımdan çıxmır ki, sənin nur üzün,
    Fəxrlə anıram səni şəhidim.
    Anan səni sevib əzizləyirdi,
    Yastığın təsəlli olub şəhidim.

    Evin hə köşəsi sən tək qoxuyur,
    Varlığın hər zaman candır şəhidim.
    Məndən soruşsalar Musa kim olub,
    Uzun cümlələrlə başa salaram-
    Sənin hünərini, sənin adını,
    Allah da unutmaz canım, şəhidim.

    PAYLAŞ:

    Oxşar xəbərlər