Azərbaycan elminə ağır itki üz verib – Musa Quluzadə vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib – Musa Quluzadə vəfat etdi
  • Masallı / Cəmiyyət / Manşet

  • Tarix elmləri doktoru, professor, “Əməkdar müəllim” Musa Quluzadə 84 yaşında vəfat edib.

    Musa Nizam oğlu Quluzadə 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olub. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb.
    Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışmış, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlamış, sonradan muzeyin elmi işlər üzrə direktor müavini olub.
    Bir müddət Bilik cəmiyyətində sədr müavini işləmiş, ADU-da tələbələrə tarix fənnini tədris edib. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Akademiyada aspirantura, doktorantura şöbəsinin müdir vəzifəsinə yüksəlib. 
    1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 10-larla bədii kitabın, esselərin müəllifidir.
    Görkəmli şəxsiyyət haqqında Əli Şirin Şükürlü “Mənəviyyat işığında: Musa Quluzadə – 75”, Filologiya elmləri doktoru, professor Akif Bayramov “Musa Quluzadə - 70” və yazıçı-publisist Nurəddin Ədiloğlu “Professor Musa Quluzadə - 77” adlı məqalə və kitablar yazıblar.

    22 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Müəllim" fəxri adına layiq görülüb. 

    Asiya.az xəbər portalı olaraq dəyərli ziyalı, elm xadimi Musa Quluzadənin vəfatı ilə əlaqəli yaxınlarına dərin hüzünlə başsağlığı veririk.
    Allah rəhmət etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər