Millət vəkilinin köməkçiləri şəhidin anım günündə iştirak etdi

Millət vəkilinin köməkçiləri şəhidin anım günündə iştirak etdi
  • Masallı / Sosial

  • Bu gün Masallı rayonu Ağakişibəyli kəndindən olan Vətən müharibəsi şəhidi Əbilov Nurlan Fərrux oğlunun (02.08.1994-19.04.2021) şəhadətinin 2-ci ildönümüdür.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisin deputatı Məşhur Məmmədovun tapşırığına əsasən köməkçiləri 44 günlük Vətən müharibəsinin şəhidi Nurlan Əbilovun məzarını ziyarət edib,  şəhidin yaxınlarına başsağlığı veriblər.
           
    Ailə üzvləri şəhidi heç vaxt unutmayan, daim ailəsinin qayğısına qalan və problemlərinin həllində əlindən gələn köməkliyi göstərən millət vəkili Məşhur Məmmədova minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, şəhidimiz 2011-ci ildə BDU-nin  daxil olub və coğrafiya fakültəsinin məzunu olub. 2017-2018 cı illərdə hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılaraq 08 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanıb. 6 ay komada qalan qazi 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Şəhidin 2 azyaşlı övladı var.



     
    PAYLAŞ:

    Oxşar xəbərlər