Millət vəkilinin köməkçiləri şəhid valideyinlərini ziyarət ediblər - FOTOLAR

Millət vəkilinin köməkçiləri şəhid valideyinlərini ziyarət ediblər - FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Millət vəkili Məşhur Məmmədovun tapşırığına əsasən, köməkçiləri l Qarabağ müharibəsi şəhidlərinin valideyinlərini ziyarət ediblər.

    Asiya.az
    xəbər verir ki, hər zaman olduğu kimi, Millət vəkili Məşhur Məmmədov şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə həsasslıqla yanaşaraq diqqət və qayğı göstərməkdədir. Belə ki, 05.04.2023 - cü il tarixində Millət vəkilinin köməkçiləri Hekayət Nəzərov və Rəmzi Şahverdiyev I Qarabağ şəhidləri - Şərəfə kəndindən İsmayılov Qəhrəman Həmzə oğlu və Xəlilov Hüsaməddin Xəlil
    oğlu, Xallıcanlı kəndindən (Qarğalıq Ə.N) Qarayev Elşən Rəhman oğlu,Köçəkli (Həsənli ƏN) kəndindən
    Rəhimov Sərhəddin Yədulla oğlu və Yaqubov Ceyhun Sabir oğlu, Masallı şəhərindən Xudaverdiyev
    Taleh Yusif oğlunun valideyinlərini ziyarət etmişlər.

    Deputat köməkçiləri şəhid valideynlərinin hər birinə Millət
    vəkili Məşhur Məmmədovun salamlarını çatdırmışlar. Daha sonra isə, onların qayğıları ilə maraqlanıblar.

    Qeyd edək ki, hər il Ramazan bayramı öncəsi şəhid valideynlərinin, qazilərin və
    aztəminatlı ailələrin ziyarət olunması Məşhur Məmmədov tərəfindən ənənəvi olaraq həyata keçirilir. Bu il də ənənəyə sadiq qalaraq, Millət vəkilinin köməkçiləri ziyarətləri davam etdirir. Ziyarət olunan şəhid
    ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham
    Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Millət vəkili Məşhur Məmmədova təşəkkürünü bildirmişlər.
    Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.







    PAYLAŞ:

    Oxşar xəbərlər