Azərbaycanda partiya sədri həbs edildi

Azərbaycanda partiya sədri həbs edildi
  • Hadisə / Manşet

  • Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

    Asiya.az
    xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

    Anar Əsədliyə qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

    Qeyd edək ki, A.Əsədli ötən günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər