Məhkəmə Anar Əsədli barəsində qərar verdi

Məhkəmə Anar Əsədli barəsində qərar verdi
  • Cəmiyyət

  • Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsində həbs qətimkan tədbirinin seçilməsi qərarından verilmiş şikayətə baxılıb.

    Asiya.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.

    Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər