Bu ölkədə iqtisadiyyat naziri prezident seçildi

Bu ölkədə iqtisadiyyat naziri prezident seçildi
  • Siyasət

  • Paraqvayda hakim partiyanın prezidentliyə namizədi, keçmiş iqtisadiyyat naziri Santyaqo Penanın qalib gəldiyi təsdiqlənib.

    Asiya.az Qərb mediasına istinadən xəbər verir ki, seçki heyətindən verilən açıqlamada, səslərin 96 faizinin hesablandığı Paraqvayda qeyri-müəyyən nəticələrə görə, hakim Kolorado Partiyasının namizədi Pena 43.15 faiz səslə prezident seçilib.

    Solçu koalisiyanın namizədi Efrain Aleqre 27,51% səs toplayıb, sağçı populist namizəd Paraqvay Kuba isə 21,62 faiz səslə seçki yarışında üçüncü olub.
     
    Qeyd edək ki, senatda böyük səs çoxluğu qazanan Penanın 17 qubernatorluqdan 14-də uğur qazandığı bildirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər