Biləsuvarda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib - FOTOLAR

Biləsuvarda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib - FOTOLAR
  • Cəmiyyət / CƏNUB

  • Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
     
    Asiya.az
    xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər. Heydər Əliyev Mərkəzində Ulu öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin nümayiş olunduğu guşə ilə tanış olduqdan sonra tədbir açıq elan olunub. 

    Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov və digər çıxış edənlər müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıblar. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu diqqətə çatdırılıb. Bu baxımdan ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin müasir gənclik tərəfindən Ulu Öndərin siyasi irsinin daha dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından önəmi vurğulanıb. 
    Çıxışlarda həmçinin qeyd olunub ki, müstəqilliyin möhkəmlənməsində və ölkədə sabitliyin, ictimai asayişin təmin edilməsində daxili işlər orqanlarının fəaliyyəti daim Heydər Əliyevin diqqət mərkəzində olub. 

    Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.




    PAYLAŞ:

    Oxşar xəbərlər