Masallı Rayon Polis Şöbəsinin rəisi “Vətən uğrunda” medalı ilə təltif olundu

Masallı Rayon Polis Şöbəsinin rəisi “Vətən uğrunda” medalı ilə təltif olundu
  • Masallı / Manşet / Siyasət

  • Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev “Vətən uğrunda” medalı ilə təltif olunub.

    Asiya.az
    xəbər verir ki, ümummili lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə polis polkovniki Azay Ağayevə medalı Daxili İşlər Naziri Vilayət Eyvazov təqdim edib.

    Xatırladaq ki, “Vətən uğrunda” medalı
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 iyul 2020-ci il tarixli 2136 nömrəli sərancamı ilə verilib.

    Sərəncamda deyilir:
    "Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiyinə görə Ağayev Azay Akif oğlu “Vətən uğrunda” medalı ilə təltif edilsin.
    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 1 iyul 2020-ci il"

    PAYLAŞ:

    Oxşar xəbərlər