Masallıda qoyun oğruları saxlanıldı

Masallıda qoyun oğruları saxlanıldı
  • Masallı / Hadisə

  • Masallı rayonunda qoyun oğurluqları edən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səmidxan kəndi ərazisində yerləşən evlərdən birinin həyətindəki tövlədən 1350 manat dəyərində 4 baş qoyunu oğurlayan Çaxırlı kənd sakini Ş.Ağayev müəyyən edilərək saxlanılıb.
    Araşdırmalarla onun əlavə olaraq müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 təsərrüfatdan qoyun oğurluqları etdiyi müəyyən olunub. Oğurlanan xırdabuynuzlu heyvanların bir qismi aşkarlanaraq sahiblərinə qaytarılıb. 

    Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər