Masallıda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd edildi – FOTOLAR

Masallıda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd edildi – FOTOLAR
  • Cəmiyyət / Araşdırma

  • Masallı rayonunda 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd edilib.

    “Su təsərrüfatı və meliorasiya işçiləri günü” ilə əlaqədar Viləşçay Su Anbarı İstismarı İdarəsinin və 3 nömrəli Regional Sukanal İdarəsinin Masallı Sukanal Sahəsinin kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 

    Sonra tədbir Viləşçay SAİİ-nin inzibati binasında davam edib. Tədbir Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

    İdarənin rəisi Rusif Kərimov çıxış edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun təbrikini tədbir iştirakçılarına çatdırıb. Rusif Kərimov bildirib ki, Viləşçay SAİİ-nin Sahə rəisi Vəliyev İlham İbad oğlu Meliorasiya və Su sistemlərində çox illik fəaliyyətinə və vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Fəxri fərmanla təltif edilib. 

    Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası tərəfindən Viləşçay SAİİ-nin kadr üzrə İnspektoru İbrahimova Afət Fikrət qızına və digər əməkdaşlara meliorasiya və su təsərrüfatı sahəsində uzun illər qüsursuz işlədiklərinə və əmək fəaliyyətində fərqləndiklərinə görə Fəxri Fərmanla təltif edilib, müxtəlif qiymətli hədiyyələr verilib. 

    Bayram tədbirinə qonaq qismində dəvət olunan veteran işçilərdən Əjdər Fətullayev, Sədrəddin Ağababayev və Əliqulu Əkbərov çıxış edərək idarə işçilərinə öz təbriklərini çatdırıblar.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib və hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2023-cü il tarixdə imzaladığı sərəncamla isə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

    Fotolar Elsevər Əliyevə məxsusdur. 








































    PAYLAŞ:

    Oxşar xəbərlər