Asiya.az xəbər verir ki, məşhur "Darvish Band" ilə birgə ərsəyə gələn müsabiqələr Nar abunəçiləri üçün dinamik yay vəd etməklə yanaşı, texnologiyanın gücünü və musiqiyə olan həvəsi bir araya gətirmək məqsədi daşıyır.
Yay boyunca Nar abunəçiləri növbəti müsabiqələrdə daha da dəyərli hədiyyələr qazanmağa davam edəcəklər. Qarşıdan gələn müsabiqələr haqqında ən tez xəbər tutmaq üçün Narın sosial media səhifələrini (Facebook, Instagram, Twitter) izləməyə davam edin.
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.