Astarada “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO

Astarada “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
  • Astara / Sosial

  • Astara rayonunda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri təşkil olunub.

    Asiya.az xəbər verir ki, Astara şəhər 5 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsi rəisinin rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev, şöbənin təşkilati inspeksiya qrupunun baş inspektoru, polis mayoru Valeh Məmmədov, Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri Tərlan Həmidov çıxış edərək bildiriblər ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı keçirilir. Aylığın keçirilməsində məqsəd insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri diqqətə çatdırmaq, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Çıxış edənlər həmçinin, insan və vətəndaş hüquq və azadlıqları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, insan hüquqlarının tarixindən, Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərdən, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan danışıblar, bu sahədə qazanılan uğurlardan və hazırda aparılan islahatlardan bəhs ediblər.



    PAYLAŞ:

    Oxşar xəbərlər