Astarada narkotik vasitə aşkarlandı

Astarada narkotik vasitə aşkarlandı
  • Astara / Hadisə

  • Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Hüseynov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində İ.Hüseynovun yaşadığ Ərçivan qəsəbəsinin ərazisindəki köhnə tikilidə gizlətdiyi sellofan torbada 4 kiloqram heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı İ.Hüseynovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək məqsədilə əldə etdiyi müəyyən olunub. İ.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

    Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər