Lənkəran sakinlərindən 5 kiloqram narkotik aşkarlandı

Lənkəran sakinlərindən 5 kiloqram narkotik aşkarlandı
  • Lənkəran / Hadisə

  • Lənkəran rayon sakinlərindən 5 kiloqramdan artıq narkotik aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirləri zamanı şəhər sakini olan Ümid Əkbərli və Mübariz Kərimov saxlanılıblar.

    Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və 2 ədəd elektron tərəzi aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdən aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə edildiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan H.Cavadovun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı son 1 həftə ərzində 16, cari ilin əvvəlindən isə 32 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram heroin, 3 kiloqram 260 qam marixuana aşkarlanaraq götürülüb.
    Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər