Belə ki, "Whatsapp"da problemlə qarşılaşdığınız zaman artıq "Windows" proqramında canlı söhbətin köməyi ilə dəstək ala bilərsiniz.
"WhatsApp"ın canlı dəstək funksiyasından necə istifadə etmək olar?
Asiya.az Trend-ə istinadən xəbər verir ki, "WhatsApp" ilə bağlı hər hansı problemlə qarşılaşdıqda, tətbiqin aşağı sol küncündəki Parametrlər bölməsinə klikləmək lazımdır. Açılan pəncərədə "Yardım> Bizimlə əlaqə saxlayın" qeyd olunub.
Görünən pəncərədə "Biz sizə necə kömək edə bilərik?" bölməsində probleminizi təsvir edin. Cihazınızın məlumatını hesabatınıza əlavə etmək faydalı ola bilər, xüsusən də texniki problemlərlə üzləşirsinizsə .
Bu addımlardan sonra "Göndər" düyməsini sıxın. Beləliklə, "WhatsApp" sizin üçün şəxsi söhbət yaradacaq. Probleminizi həll etmək üçün bu çat vasitəsilə canlı dəstək ala bilərsiniz.