Masallı sakini səkkiz aylıq körpəsini və həyat yoldaşını qətlə yetirdi - VİDEO

Masallı sakini səkkiz aylıq körpəsini və həyat yoldaşını qətlə yetirdi - VİDEO
  • Masallı / Hadisə / Manşet

  • Dünən Hökməli qəsəbəsində baş vermiş dəhşətli qətlin bəzi detalları məlum olub.

    Asiya.az
    xəbər verir ki, əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib.

    20 yaşlı Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.

    O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.

    Qeyd edək ki, hadisə ötən gün Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.

    Hökməli qəsəbə icra nümayəndəsinin müavini Güləhməd Xəlilovun sözlərinə görə, əslən Masallı rayonundan olan Fərid Hüseynli Bakıda zərgərliklə məşğul imiş.

    İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

    Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib.

    Xəstəxanadan verilən məlumata görə, Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

    Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

    Daha ətraflı "Xəzər Xəbər”in süjetində:
     
    PAYLAŞ:

    Oxşar xəbərlər