Priqojin üsyandan sonra ilk dəfə danışdı: “Vaqner”in fəaliyyətini dayandıracağı tarixi AÇIQLADI

Priqojin üsyandan sonra ilk dəfə danışdı: “Vaqner”in fəaliyyətini dayandıracağı tarixi AÇIQLADI
  • Siyasət

  • Rusiyanın "Vaqner” muzdlu dəstəsinin yaradıcısı Yevgeni Priqojin iyulun 1-dən etibarən şirkətin fəaliyyətini dayandıracağını açıqlayıb.

    O, Belarusda məskunlaşacağını açıqlayıb.
    Yevgeni Priqojin heç vaxt Rusiya rəhbərliyini devirmək niyyətində olmadıqlarını bildirib.

    "Məqsədimiz "Vaqner”in məhv edilməsinin qarşısını almaq idi. Biz ədalətsizliyə görə yürüşümüzə başladıq. Heç bir aqressiya nümayiş etdirmədik, ancaq raketlər və helikopterlərlə vurulduq. Bizi hərəkətə gətirən də bu oldu”, - deyə o, "Telegram”da bəyan edib.

    "Rus əsgərlərinin qanını tökməmək üçün geri qayıtdıq. Rusiya aviasiyasını vurduğumuz üçün təəssüflənirik. Xüsusi hərbi əməliyyat zamanı səhvlərə yol verənləri məsuliyyətə cəlb etmək istəyirdik. Bu, Rusiyada ciddi təhlükəsizlik problemlərinin olduğunu göstərdi”, - Priqojin qeyd edib./oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər