"Twitter"ə rəqib sosial şəbəkə istifadəyə verilir

"Twitter"ə rəqib sosial şəbəkə istifadəyə verilir
  • Maraqlı

  • "Instagram" və "Facebook"un sahibi olan texnologiya nəhəngi Meta iyulun 6-da "Twitter"ə rəqib olacaq yeni sosial media platforması "Threads"i istifadəyə verəcək.

    Asiya.az BBC-yə istinadən xəbər verir ki, sözügedən yeni platformada baxıla bilən məzmunların sayında heç bir məhdudiyyət olmayacaq.

    Yeni platformanın "Twitter" ilə oxşarlığı tətbiqin interfeysinin vizuallarında diqqəti çəksə də, Meta "Threads"in "söhbət proqramı" olacağını açıqlayıb.

    Platforma "App Store"dan yüklənəcək mövzular, yer məlumatları, alına bilən məhsullar və internet tarixçəsi kimi bir çox məlumatlara çıxış əldə edəcək.

    Digər tərəfdən, "Threads" "Twitter"ə rəqib kimi çıxan ilk proqram deyil. ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus "Truth Social”dan əlavə, "Mastadon” və "Bluesky” tətbiqləri də "Twitter"ə rəqib olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər