“Twitter”dən ödənişli abunəçilər üçün yeni funksiyalar

“Twitter”dən ödənişli abunəçilər üçün yeni funksiyalar
  • Maraqlı

  • "Twitter”in ödənişli abunəçilər üçün istifadəyə verdiyi "Twitter Blue”nun istifadəçiləri artıq sosial şəbəkədə 60 dəqiqəlik videolar yerləşdirə biləcəklər.

    Asiya.az Report-a istinadla xəbər verir ki, bu barədə "Tech Crunch” portalı məlumat yayıb.

    Qeyd olunub ki, "Twitter Blue” abunəçiləri artıq 2 GB-a qədər həcmli, Full HD təsvir ölçülü 1 saatlıq videolar yükləyə bilərlər. Bundan əvvəl istifadəçilər 512 MB-dan çox olmayan 10 dəqiqəlik Full HD təsvir ölçülü videolar ilə kifayətlənməli olurdular.

    Daha uzun videolarla yanaşı, "Twitter Blue” abunəçiləri həm də cavablarda üstünlük qazanırlar - onların yazıları indi pulsuz tarif istifadəçilərinin cavablarının üstündə görünəcək.

    Qeyd edək ki, "Twitter Blue” İlon Maskın gəlişi ilə yenidən işə salınan ödənişli abunədir. Onun qiyməti ayda 8 ABŞ dollarıdır, lakin "App Store” yığımlarını kompensasiya etmək üçün iOS istifadəçiləri ayda 11 dollar ödəməli olur.
    PAYLAŞ:

    Oxşar xəbərlər