Penitensiar xidmətin yeni rəisi Mirsaleh Seyidov kimdir? – DOSYE

Penitensiar xidmətin yeni rəisi Mirsaleh Seyidov kimdir? – DOSYE
  • Araşdırma / Siyasət

  • Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.


    Prezidentin imzaladığı digər sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.


    Mirsaleh Seyidov daha əvvəl Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini icra edib. O, 2016-cı ilin 13 oktyabrında bu vəzifəyə təyin olunub.
    M.Seyidov rütbəcə ədliyyə polkovnikidir.


    O, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər