Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar etdi

Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar etdi
  • Manşet / Olay

  • Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

    Asiya.az
    xəbər verir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

    O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

    Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

    Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər