DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası Elşad Hacıyevə tapşırıldı

DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası Elşad Hacıyevə tapşırıldı
  • Siyasət

  • Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

    Asiya.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi. O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər