Beynəlxalq Qalereyada Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR

Beynəlxalq Qalereyada Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
  • Mədəniyyət

  • Beynəlxalq Qalereyada layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib.

    Asiya.az
    xəbər verir ki, tədbirdə media nümayəndələri və rəssamlar iştirak ediblər. 

    Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları salamlayıb 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etdi. "Əkinçi" qəzetinin nəşr olunmasından ötən 148 il ərzində Azərbaycan mətbuatının inkişafından bəhs etdi. 
    İl boyu vətənpərvər fəaliyyətinə görə bir qrup media nümayəndələri və rəssamlar plaket və diplomlarla təltif olundular.
    Sonda xatirə fotoları çəkildi.
    Müxbir: Aygün Oqtay
    Fotoqraf: Ramin Qurbanov











    PAYLAŞ:

    Oxşar xəbərlər