“WhatsApp”dan daha bir yeni xüsusiyyət: artıq ekran paylaşımları…

“WhatsApp”dan daha bir yeni xüsusiyyət: artıq ekran paylaşımları…
  • Maraqlı

  • "WhatsApp” istifadəçilərə video zəng zamanı ekranlarını asanlıqla paylaşmağa imkan verən proqrama yeni funksiya əlavə edib.

    Asiya.az xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp” istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyalar üzərində işləyir.

    Aşağıdakı ekran görüntüsündə gördüyünüz kimi, zəngə nəzarət bölməsində yeni işarəyə toxunduğunuzda ekranınızı digər şəxslə paylaşa biləcəksiniz.

    Ekranınızı paylaşmağa qərar verdiyiniz zaman qarşı tərəf ekranınızda göstərilən hər şeyi görə biləcək. Video zəng zamanı ekran məzmununuz davamlı olaraq ötürülsə də, istənilən vaxt prosesi dayandıra biləcəksiniz.

    Digər tərəfdən, bu xüsusiyyətdən tətbiqi yeniləyən hər kəsin istifadə edə biləcəyi açıqlanıb.

    Bildirilib ki, "iOS” və "Android” cihazlarında olan istifadəçilər tətbiqin son versiyasını yeniləyəcəkləri halda bu funksiyadan istifadə edə biləcəklər. 
    Gülay

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər