
Masallı rayonunun Ərkivan qəsəbəsinin İsoba küçəsində yanğın baş verib.
Asiya.az xəbər verir ki, yanğın nəticəsində “Azərişıq” ASC-yə məxsus gücü 250 kvt olan transformatorun giriş kabeli, 150 kv metr quru ot kol-kos və istifadəyə yararsız “Kamaz” markalı avtomobilin yanar hissələri qismən yanmışdır. Yanğından transformatorun qalan hissəsi mühafizə olunmuşdur.
Xoşbəxtlikdən xəsarət alan yoxdur.