Elvin Basqallının 409 minlik "Tiktok" səhifəsi açıldı - YENİLƏNİB

Elvin Basqallının 409 minlik "Tiktok" səhifəsi açıldı - YENİLƏNİB
  • Cəmiyyət

  • Tanınmış teleaparıcı Elvin Basqallının 409 minlik "TikTok” səhifəsi açılıb.
     
    Asiya.az
    xəbər verir ki, aparıcının "Tiktok"a müraciətindən sonra problem aradan qalxıb. Bu işdə ona "Synergy Partnership" şirkəti yardımçı olub. 
     
    Teleaparıcı problemin aradan qalxdığını və bu işdə yardım edən hər kəsə təşəkkürünü bildirib. 

    ***

    Tanınmış teleaparıcı Elvin Basqallının 409 minlik "TikTok” səhifəsi bağlanıb.

    Bununla bağlı o özü açıqlama verib. 

    Aparıcı bildirib ki, bir neçə xəbərdarlıqdan sonra səhifəsi dünən günorta saatlarında bağlanıb:

    "Hər hansı qayda pozuntusu etməmişəm. Artıq il yarımdır ki, "TikTok” işlədirəm. Son bir həftə ərzində 40 mindən artıq izləyici səhifəyə gəlib. Çox fəal, güclü "TikTok” səhifəsi işlədirəm. Qaydaları da çox yaxşı bilirəm. Gələn xəbardarlıqlarla bağlı etdiyim şikayətlərə "TikTok” cavab verməyib. Nəticədə spamlar yığılıb, səhifəm bağlanıb. Səhifəmə ermənilər tərəfindən də hücumlar olunur. Son vaxtlar cəbhə xəbərləri ilə bağlı da xəbərdarlıqlar gəlirdi. Bir neçə belə xəbərdarlıqdan sonra səhifəm bağlanıb”.

    Elvin Basqallı qeyd edib ki, səhifəsinin bağlanması ilə bağlı "TikTok”a müraciət edib:

    "Həmin səhifəyə gündəlik 3-5 milyondan çox baxış var. "TikTok”a müraciət etmişik. Səhifənin açılması üçün proqramçılar işləyir. Açılmaması üçün heç bir səbəb yoxdur. "TikTok”un özündə problem var, etdiyimiz müraciətlərə cavab vermir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər