“TikTok”a daha bir qadağa – Fevralın 28-dən…

“TikTok”a daha bir qadağa – Fevralın 28-dən…
  • Maraqlı

  • "TikTok”u qadağan edən ölkələr arasına daha biri əlavə olunub. Belə ki, Kanada hökumət tərəfindən verilən cihazlarda "TikTok”un istifadəsini qadağan edib.

    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyasından sonra Kanada da Çində yerləşən dünyaca məşhur sosial media platforması "TikTok” üçün hərəkətə keçib.
    Kanada hökuməti təhlükəsizlik risklərini əsas gətirərək Çində yerləşən "TikTok”un hökumət tərəfindən buraxılan mobil cihazlarda istifadəsini qadağan edib.

    Bildirilib ki, "TikTok” məxfilik və təhlükəsizlik üçün "qəbuledilməz” risk səviyyəsi yaradır və hökumət tərəfindən verilən cihazlarda giriş bloklanır.

    Məsələ ilə bağlı Kanada rəsmilər bu cür açıqlama verib:

    "Kanada hökuməti məlumatları təhlükəsiz saxlamaq öhdəliyinə sadiqdir. Biz sistemlərimizi mütəmadi olaraq izləyirik və risklərə qarşı tədbirlər görürük. 28 fevral 2023-cü il tarixindən etibarən "TikTok” proqramı hökumət tərəfindən verilmiş mobil cihazlardan silinəcək”.
    Aydın
    PAYLAŞ:

    Oxşar xəbərlər