"Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm" - Qazi

"Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm" - Qazi
  • Cəmiyyət / Araşdırma

  • Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunan, İkinci qrup əlil Cahangirov İlqar Əlsafa oğlu Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdən şikayətçidir. 

    Onun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya Surəti: İnsan Hüquqları Üzrə Müvəkkil xanım Səbinə Əliyevaya Surəti: Milli Məclisin sədri xanım Sahibə Qafarovaya Surəti: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə Surəti: Daxili İşlər Naziri cənab Vilayət Eyvazova Surəti: Baş Prokuror cənab Kamran Əliyevə Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə Surəti: Kütləvi İnformasiya Vasitələrinə ünvanladığı ŞİKAYƏT ƏRİZƏSİni təqdim edirik:

    "Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə təmin olunmuşam. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşam. Silahlə qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı olub, anam Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup əlildir. İki qardaşımdan biri Altay Cahangirov birinci Qarabağ döyüşlərində yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Fərahim Cahangirov birinci Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə bağlı şəxslərik. Bu artıq mənim sonuncu şikayət ərizəmdir. Bu ərizəmə də baxılmasa mən artıq bütün beynəlxalq təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və Azərbaycanda olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki, mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırsınlar. Bunu etdikdən sonra 2 bilirəm ki, hüquq-mühafizə orqanlarındən mənə zənglər gələcək, lakin mən bunu əvvəlki məktublarımda və 30-dan çox saytda mənim yazılarım dərc ediləndə həmin məktublarda bildirmişdim. Axı bu qədər məktublar yazıram və 30-dan çox saytda mənim barəmdə xəbərlər dərc edilib nəyə görə bütün bunlara əhəmiyyət verən yoxdur? Cənab Prezident çıxışlarında bildirir ki, problemləriniz barədə mənə siqnal ötürün, mən isə sual verirəm ki, cənab Prezidentə necə siqnal ötürməliyəm axı? Prezident Administrasiyasına və digər dövlət qurumlarına çoxsaylı müraciətlər etmişəm və media vasitəsi ilə cənab Prezidentə səslənmişəm. İndi siz söyləyin mən cənab Prezidentə necə siqnal ötürüm? Hətta Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbuluna yazılıdım, köməkçiləri məni qəbul etdilər və problemimin həlli istiqamətində kömək edəcəklərinə söz versələr də heç bir nəticəsi olmadı. Təsəvvür edin ki, bu qədər vaxtda nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri nə də Abşeron rayon İcra Hakimiyyətinin rəsmiləri məni qəbul etmədilər. Mənim kimi bir qaziyə qarşı belə bir süründürməçilik edən məmurlar görün sadə vətəndaşları necə əzirlər. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə bu ölkədə gözün üstə qaşın var deyən yoxdur! Halbu ki, mənim 20-dən çox saytda məqalələrim var ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qəbuluna bir ildir düşə bilmirəm. Baxın, Cənab Prezident İlham Əliyev çıxışlarında söyləyir ki, bütün məmurlar xalqın xidmətçisidir, heç kim özünü ağa kimi xan kimi aparmamlıdır, xalqa üstdən aşağı baxmamalıdır. Lakin Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev özünü xalqın xidmətçisi bilmir, özünü ağa kimi xan kimi aparır və bütün vətəndaşlara üstdən aşağı baxır. İndi buna nə ad verəsən? Bir ildir ki, Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm və bunu bütün media vasitəsi ilə bütün dövlət orqanlarına çatdırıram, nə fayda? Abdin Fərzəliyev açıq-aşkar deyir ki, mən Prezidentin tapşırıqlarına məhəl qoymuram. Bəs nəyə görə ona gözün üstə qaşın var deyən yoxdur?! Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin də qəbuluna bir ildir ki düşə bilmirəm. Prezident Adminitrasiyasına və digər Dövlət qurumlarına onlarla məktub yazıram, 90-dan çox mediaya müraciətlər ünvanlayıram və nəticə yoxdur! Son bir əlacım qalıb o da yuxarıda qeyd etdiyim kimi, bütün beynəlxalq təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və Azərbaycanda olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki, mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırsınlar. Hətta Türkiyə, Rusiya, Pakistan və İsrail mediası vasitəsi ilə də cənab Prezident İlham Əliyevə müraciət etməyi qərara almışam. Çünkü öz ölkəmdə mənim müraciətlərimi cənab Prezidentdən gizlədirlər, çünkü öz ölkəmdə bir qazi olaraq nə nazirin nə də icra başçısının qəbuluna girə bilmirəm, çünkü öz ölkəmdə bir qaziyə qoyulan bu “hörmət” məni narahat edir. Mənim, artıq başqa ölkələrə müraciət etməkdən başqa çarəm qalmayıb! Məni bu vəziyyətə gətirənlər mənim ölkəmin Prezidentdən belə qorxmayan məmurlarıdır!"
    PAYLAŞ:

    Oxşar xəbərlər