Xocalının icra başçısının xanım müavinindən BİABRÇILIQ – VİDEO

Xocalının icra başçısının xanım müavinindən BİABRÇILIQ – VİDEO
  • Cəmiyyət / Araşdırma

  • Xocalı Rayon İcra Hakimiyyətində biabrçılıq yaşanıb.

    Asiya.az xəbər verir ki, bu barədə video görüntü sosial şəbəkələrdə yayımlanıb. Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva icra hakimiyyətinin inzibati binasında əsəbləşərək kimisə təhqir edir. Videodan da aydın görsənir ki, icra hakimiyyətinin digər əməkdaşları da xanım müavini sakitləşdirmək istəyir və xidməti otağına aparır. İcra başçısının müavini Lamiyə Qarayeva isə bir qadına yaraşmayan sözlər ilə kimliyi məlum olmayan vətəndaşı xoşagəlməz sözlərlə təhqir edib, ona “alçağın biri alçaq” deyir. Videoda təhqirə məruz qalan vətəndaş isə niyə bu cür söyüldüyünün səbəbini soruşduqda cavab verməyən xanım müavin iş otağına daxil olur. Görəsən bir müddət bundan əvvəl çəkilən bu görüntülərdən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun xəbəri varmı? Niyə icra başçısı bu vəziyyətə laqeyd yanaşır? Axı bir dövlət məmuruna, dövlət qulluqçusuna belə hərəkət yaraşmır. Özü də dövlətin inzibati binasında. Xocalı rayonun bir nömrəli dövlət orqanında yaşanan belə dava-dalaş burada rəhbər şəxslərin yerində olmadığını göstərir. Qeyd edək ki, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2000-ci ildən bu vəzifəni daşıyır. 

    Asiya.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər