Xarici dili əyləncəli şəkildə öyrənmək istəyən şagirdlər və azyaşlı uşaqlar Lingokids, 3D formatında öyrənmək istəyən yeniyetmələr və tələbələr isə Fluentworlds tətbiqlərindən yararlana bilərlər. Bundan başqa, təhlükəsizlik baxımından övladlarının qayğısına qalan və harada olmasına nəzarət etmək istəyən valideynlər NaviMax tətbiqini yükləyə bilərlər.
Xidmətlərin istifadəsinə başlamaq üçün uyğun tətbiqi “App Store” və “Play Store”-dan yükləmək mümkündür. Əlavə olaraq, həmin xidmətlər haqqında ətraflı məlumatı nar.az saytında tətbiqlər bölməsindən əldə edə bilərsiniz.