
Blogger xanımın çıxışından belə aydın olur ki, ona işgəncə verən İlham Qədimbəyli Bakıdakı məşhur “Sapfir” şadlıq sarayının sahibidir. Sözügedən şəxs “Tik-Tok”da “Theone..550” profili ilə tanınıb və xanımlara bahalı hədiyyələr göndərib. Həmin şəxs zamanında döyüldüyünü iddia edən Fidanın özünə də bahalı hədiyyələr “atıb”. Onların arasında hətta yaxın sevgi münasibətin olduğu da bildirilir.
Xanım blogger öz çıxışında bütün cəmiyyətdən, hüqu-mühafizə orqanlarından və jurnalistlərdən dəstək istəyib. Eyni zamanda bildirib ki, ona işgəncə verən İlham Qədimbəyli ölkədən qaçıb. Təəssüflər olsun ki, bu məsələni dəqiqləşdirmək üçün İlham Qədimbəyli ilə əlaqə yarada bilmədik. Asiya.az olaraq, onun da mövqeyinə yer verməyə hazırıq.
Xanım bloggerin sensasion çıxışının videosunu təqdim edirik: