Masallının 4 şəhidindən ikisi Bakıda, ikisi Masallıda dəfn ediləcək - FOTOLAR

Masallının 4 şəhidindən ikisi Bakıda, ikisi Masallıda dəfn ediləcək - FOTOLAR
  • Masallı / Cəmiyyət / Araşdırma

  • Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyatları çərçivəsində Masallı rayonundan üç zabit, bir əsgər olmaqla dörd hərbi qulluqçu şəhid olub. 

    Asiya.az şəhidlərimizin dəfn edilcək yerləri təqdim edir. 
    Şəhid leytenant İsmayıl İsayev
    Masallı rayonun Sığdaş kəndindən olan Silahlı Qüvvələrin zabiti leytenant İsayev İsmayıl Çərkəz oğlu bu gün Bakı şəhəri, Binəqədi qəbiristanlığında dəfn ediləcək.
    Şəhid leytenant Mikayıl Həmidli
    Masallı şəhərindən olan şəhid leytenant Həmidli Mikayıl Vüqar oğlu bu gün Bakı şəhəri, Nərimanov rayonunda dəfn ediləcək. 
    Şəhid əsgər Sənan Mirzəyev
    Masallı şəhəri, Heydər Əliyev prospektindən ("Ucuzluq" mağazası ilə üzbəüz) olan 2004-cü il təvəllüdlü şəhid əsgər Mirzəyev Sənan Vüqar oğlu bu gün səhər saatlarında Masallı şəhərində "Təpə" qəbiristanlığında dəfn ediləcək.
    Şəhid baş leytenant Şəmistan Yusifli
    Masallı şəhəri, Xırmandalı kəndindən olan 1998-ci il təvəllüdlü baş leytenant Yusifli Şəmistan Şükran oğlu bu gün axşam saatlarında doğulduğu Xırmandalı kəndində torpağa tapşırılacaq.
    Allah rəhmət etsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər