Şəhid Ramil Məmmədov Ərkivanda dəfn olundu – VİDEOLAR/FOTOLAR

Şəhid Ramil Məmmədov Ərkivanda dəfn olundu – VİDEOLAR/FOTOLAR
  • Masallı / Cəmiyyət / Araşdırma

  • Azərbaycan Silahlı Qüvvələrinin lokal antiterror əməliyatları zamanı Masallı rayonu, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin Allahyarlı kəndindən olan əsgər Məmmədov Ramil Habil oğlu şəhid olub.

    Asiya.az
    xəbər verir ki, şəhid bu gün doğulduğu Allahyarlı kəndində torpağa tapşırılıb. 

    Şəhidlə vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Millət vəkilləri - Məşhur Məmmədov, Razi Nurullayev, rayonun hüquq mühafizə, idarə-müəssisə rəhbərləri, din xadimləri, ictimaiyyat nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.

    Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov cənazəyə bürünmüş üç rəngli Dövlər bayrağını öpüb, şəhidin atası Habil Məmmədova təqdim edərək, Xalq şairi Səməd Vurğunun “Ölüm sevinməsin qoy” şeirini söyləyib.

    Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
    El qədrini canından daha əziz bilənlər
    Şirin bir xatirətək qalacaqdır dünyada
    Sevərək yaşayanlar, sevilərək ölənlər...”


    Cəfər Cəfərov,
    Elsevər Əliyev,
    Asiya.az





    PAYLAŞ:

    Oxşar xəbərlər