Şəhid Şəmistan Yusifli Masallıda dəfn olundu – VİDEO/FOTOLAR

Şəhid Şəmistan Yusifli Masallıda dəfn olundu – VİDEO/FOTOLAR
  • Masallı / Araşdırma / Sosial

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror əməliyyat zamanı qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Baş leytenant Yusifli Şəmistan Şükran oğlu Masallı rayonunun Xırmandalı kəndində dəfn olundu.

    Asiya.az xəbər verir ki, dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Millət vəkili Məşhur Məmmədov, rayonun hüquq mühafizə, idarə-müəssisə rəhbərləri, din xadimləri, ictimaiyyat nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov cənazəyə bürünmüş üç rəngli Dövlər Bayrağını öpərək şəhidin atasına təqdim edib.
    Allah rəhmət etsin.
    Cəfər Cəfərov,
    Elsevər Əliyev,
    Asiya.az








    PAYLAŞ:

    Oxşar xəbərlər