Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edildi - FOTOLAR

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edildi - FOTOLAR
  • Araşdırma / Mədəniyyət

  • Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib.
    Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub. 
     
    2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib.

    Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olundu!
     

     

     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər